← HTML sıfırdan

Dərs 2 · 12 dəq

Teqlər: başlıq, paraqraf, link, şəkil

Ən çox işlənən 6 teq: başlıqlar, mətn, link və şəkillər.

Keçən dərsdə skeleti gördük. İndi gündəlik işdə ən çox lazım olan teqləri öyrənirik — vebin 80%-i bunlardır.

Başlıqlar: h1–h6

Başlıqlar ölçüyə yox, əhəmiyyətə görə seçilir. Səhifədə bir dənə h1 olur, qalanları h2, h3 ilə pillə-pillə gedir:

Əsas başlıq (səhifədə 1 dəfə)

Bölmə başlığı

Alt bölmə

Paraqraf və link

Bu adi mətn paraqrafıdır.

Saytımıza bax

href — teqin atributudur: teqə əlavə məlumat verir. Link mütləq href-lə işləyir.

Şəkil

İki məqam: src şəklin ünvanıdır, alt isə şəkil açılmasa görünən mətndir. alt-ı həmişə yaz — həm əlilliyi olan istifadəçilər, həm də Google üçün vacibdir. Fikir ver: img bağlanmır — tək (self-closing) teqdir.

✏️ Tapşırıq: Özün haqqında mini səhifə yığ: h1-də adın, p-də 2 cümlə özün haqda, sevdiyin sayta a ilə link, internetdən tapdığın şəkilə img ilə baxış. Hamısı keçən dərsin faylına!